BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

01/05/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” adlı görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan fakültə üzrə sədr İsmayıl İbrahimov Qərbi Azərbaycanın xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O, bu irsin milli yaddaşımızda xüsusi yer tutduğunu qeyd edərək mövzu ilə bağlı maarifləndirmənin vacibliyini vurğulayıb.

BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Xalid Niyazov iştirakçılara Qərbi Azərbaycanın tarixi ilə bağlı geniş məlumat verib. O, tarixi Azərbaycan torpaqlarının mərhələli şəkildə itirilməsi prosesinə toxunaraq qayıdış istiqamətində aparılan ideoloji və hüquqi mübarizənin əhəmiyyətindən bəhs edib. Xalid Niyazov həmçinin qayıdış hüququnun təmin olunmasının milli kimliyin qorunması və tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. O, İrəvana qayıdış məsələsinin də bu kontekstdə mühüm yer tutduğunu bildirərək, gələcək nəsillərin bu tarixi yaddaşı unutmamasının vacibliyini vurğulayıb.

Görüşün davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026