BDU-da “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi çərçivəsində millət vəkili Rizvan Nəbiyevlə görüş

24/10/2025

Bakı Dövlət Universitetində (BDU) “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi çərçivəsində millət vəkili Rizvan Nəbiyevlə görüş keçirilib.

Tədbiri açıq elan edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına verdiyi töhfələrdən və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.

Daha sonra BDU-nun əməkdaşı, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədr müavini Mirhüseyn Tağıyev Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə icra olunan “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi barədə ətraflı məlumat verib. O, çıxışında tarixi deportasiyalar və köçürmələr məsələsinə toxunaraq, bu istiqamətdə Universitetdə keçirilən “Qərbi Azərbaycan – Tarixin izi ilə”, “Hər qarışı Vətəndir” məqalə müsabiqəsi  kimi layihələrin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Rizvan Nəbiyev “Azərbaycan Respublikasının Prezidentinin sülh gündəliyi və onun beynəlxalq müstəvidə əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış edib. Deputat çıxışında 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə baş verən siyasi proseslərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən və beynəlxalq arenada qazanılan uğurlardan danışıb. Rizvan Nəbiyev, həmçinin, 2020-ci il sentyabrın 27-də Vərən müharibəsinin başlanmasından 2025-ci il avqustun 8-də Vaşinqton görüşünədək uzanan diplomatik prosesləri müxtəlif aspektlərdən şərh edib.

Görüş səmimi müzakirələrlə davam edib, iştirakçı gənclər Rizvan Nəbiyevə suallar ünvanlayıblar.

Qeyd edək ki, “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi artıq ikinci ildir uğurla həyata keçirilir. Bu il layihə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı, Gənclərin İnkişafı və Karyera Mərkəzi və “BDU könüllüləri” təşkilatının tərəfdaşlığı ilə icra olunur. Layihənin məqsədi gənclərimizin beynəlxalq əməkdaşlığını dəstəkləmək, seçiləcək gəncləri diplomatik etiket və protokol qaydaları, beynəlxalq münasibətlər və tarix, həmçinin Qərbi Azərbaycan həqiqətləri haqqında dərin biliklərlə yetişdirməkdir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025