BDU-da "İrqi ayrı-seçkiliyin ləğv edilməsi" adlı tədbir

08/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "İqri ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi" adlı onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan TGT sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq mövzunun əhəmiyyəti və aktuallığı barədə məlumat verib.

Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Aygün Cəbiyeva "İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi" mövzusunda çıxış edərək, irqi ayrı-seçkiliyin mahiyyəti barədə iştirakçılara məlumat verib. Seminarda nəzəri və praktiki məsələlər müzakirə olunub, beynəlxalq sənədlərə istinad edilərək konvensiyalardan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair sitatlar gətirilib.

Daha sonra fakültənin tələbələri Tural Həsənov "İrqçilik tarixi - insan hüquqlarının pozulması təzahürü kimi", Siyavuş Bağırov "Diskriminasiya ilə mübarizə şəkillərdə" və Mədinə Tahirli "İrqi ayrı-seçkilik və beynəlxalq hüquq" mövzularında təqdimatla çıxış ediblər. Çıxışlarda irqi ayrı-seçkilik müxtəlif tarixi dövrlərə nəzərən təhlil edilib, müxtəlif filosofların mövzu ilə bağlı düşüncələrindən, dünyanın müxtəlif universitetlərinin araşdırmalarından bəhs olunub.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026