BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

03/05/2024

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.

BDU-nun rektoru Elçin Babayev regional direktora son dövrlərdə Universitetdə müxtəlif reytinqlərdə irəliləmə sahəsində görülən işlərə dair geniş məlumat verib. Görüş zamanı BDU-nun QS-in müxtəlif kateqoriyalar üzrə reytinqində uğurundan bəhs olunub, mövcud və gələcək əməkdaşlıq məsələləri, o cümlədən QS reytinqi ilə bağlı müvafiq göstəricilərin inkişaf etdirilməsi imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda regional direktor BDU-nun QS reytinqində əldə etdiyi uğurlar üçün hazırlanmış hədiyyəni rektora təqdim edib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026