BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

15/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Ailələrlə klinik sosial iş” fənni çərçivəsində “Klinik sosial iş” ixtisası üzrə magistrantların “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimatı dinlənilib.

Sosial iş kafedrasının dosenti Rəna Məmmədovanın elmi rəhbərliyi ilə hazırlanan təqdimatda magistrantlar Günel Umudova, Fateh Mustafazadə, Saycan Adıgözəlli, Aytac Qasımova, Nərgiz Məmmədova, Sevilə Xəlilova, Akif Əlizadə, Milanə Şirəlizadə, Nəzrin Həsənzadə və Fatimə Manafova çıxış ediblər.

Səkkiz bölmədən ibarət təqdimatda HİV/QİÇS diaqnozunun ailədaxili münasibətlərə təsiri konkret klinik nümunələrlə təhlil olunub. “Anam artıq mənə toxunmur” adlı keys vasitəsilə diaqnoz qoyulduqdan sonra 18 yaşlı gəncin ailəsində yaşadığı psixoloji çətinliklər və münasibətlərdə baş verən dəyişikliklər araşdırılıb. Digər klinik keysdə isə 29 yaşlı qadının diaqnozunu ailəsindən gizlətməsinin səbəbləri klinik sosial iş baxımından təhlil edilib.

Təqdimatda müasir tibbi müalicə nəticəsində virus yükünün davamlı olaraq aşkarlanmayan səviyyəyə düşməsi və HİV-in cinsi yolla ötürülməməsini ifadə edən “Aşkarlanmayan = Ötürülməyən” (U=U) prinsipi, eləcə də “HİV-lə bağlı damğalanmaya son” (“END HIV STIGMA”) çağırışı xüsusi vurğulanıb.

Böyük maraqla qarşılanan təqdimat klinik sosial işin HİV-lə yaşayan şəxslərə və onların ailələrinə psixososial dəstəyin göstərilməsi, müvafiq xidmətlərə yönləndirilməsi və dəstək prosesində müşayiət olunmasındakı mühüm rolunu bir daha nümayiş etdirib.

 

 

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026