BDU-da “Qurtuluşumuzun Memarı” adlı kitab sərgisi

14/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluşumuzun Memarı” adlı kitab sərgisi təşkil edib. Sərgidə bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, atdığı hər addımında daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev və onun hərtərəfli fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində 100-dən çox kitab nümayiş olunur. Sərgidə nümayiş olunan “Azərbaycanın qurtuluş tarixi”, “Qurtuluşdan tərəqqiyə” və s. kimi nəşrlər oxucular tərəfindən böyük marağa səbəb olub.

Yetişməkdə olan gənc nəslin Milli Qurtuluş Gününün əhəmiyyətini daha dərindən anlamalarına xidmət edən sərgi bu həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026