BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

04/06/2019

Bakı Dövlət Universitetində Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Ramazan ayının sonuncu günü təşkil edilən iftar süfrəsində Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətlərindən danışılıb.

BDU-nun rektoru Elçin Babayev milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, mərhəmət, xeyirxahlıq, saflıq və mənəvi yenilənmə ayı olan Ramazanın yüksək dəyərlərindən biri kimi iftar süfrələrinin təşkil edilməsi mənəvi birlik, həmrəylik duyğularının güclənməsinə töhfə verir.

Çıxış edənlər Ramazan ayının cəmiyyətimizdə dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyətini qeyd edib və xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.

 

Mətbuat və informasiya şöbəsi, 04 iyun 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026