BDU-da İraq mədəniyyət günləri keçirilib

18/04/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İraq İslam Respublikasının ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi əl-Barrakı qəbul edib. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov onun tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən, Azərbaycan-İraq münasibətlərindən danışıb.

Öz növbəsində qəbul üçün rektora təşəkkür edən səfir Heydər Şiyə Qubeyşi əl-Barrak ölkələrarası münasibətlərdən məmnunluq ifadə edib. Səfir hələ Sovet dövründən – 1974-cü ildən İraqın Azərbaycanda nümayəndəsinin fəaliyyət göstərdiyini bildirib və diplomatik münasibətlərin 40 illik yubileyinə hazırlaşdıqlarını bəyan edib. Azərbaycanda 300-dən çox iraqlı tələbənin təhsil aldığını deyən səfir yaxın gələcəkdə onların sayının 1000 nəfərə çatdırılacağını diqqətə çatdırıb. Bu baxımdan universitetlərarası əməkdaşlığın genişləndirilməsində, ərəb dilinin daha da inkişafı baxımından tələbə, müəllim mübadiləsində maraqlı olduqlarını bildirib. Səfirin sözləridən məlum olub ki, iraqlılar, xüsusən Kərkükdən olan türkmən tələbələr Azərbaycanda təhsil almaq istəyirlər.

Rektor Abel Məhərrəmov səfirin təkliflərini yüksək qiymətləndirib. Eyni zamanda, diplomatik münasibətlərin 40 illiyi münasibətilə beynəlxalq konfrans və simpoziumların keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra İraq Mədəniyyət günü ilə əlaqədar bu ölkənin mədəniyyət nümunələri təqdim olunub, rəqslər nümayiş etdirilib.

Səfir sonda BDU ilə yaxından tanış olub, elmi-tədqiqat laboratoriyalarına, mərkəzlərə  baxıb və yüksək təəssüratla ayrılıb.

Mətbuat və İnformasiya şöbəsi, 18 aprel 2013-cü il.


Xəbərlər

Milli kimliyimizin simvolu - ana dilimiz

Milli kimliyimizin simvolu - ana dilimiz
01/08/2026

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026