BDU-da İraq səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

19/10/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) İraq səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Şərqşünaslıq fakültəsinin dekan müavini Tərlan Məlikov, İraq səfirliyinin birinci katibi Hüzeyfə Ziyad Mahmud və səfirliyin əməkdaşı Pərviz Əfəndiyev iştirak ediblər.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov ölkədə son illərdə Universitetdə görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən prorektor ölkəmizdə elm, təhsil sahəsində nailiyyətlərdən söz açıb.

Göstərilən qonaqpərvərliyə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirən Hüzeyfə Ziyad Mahmud BDU ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını ifadə edib. Eyni zamanda qonaq BDU-da daha çox İraqlı tələbəni görmək istədiklərini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026