BDU-da RİİB-in “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”na dair məlumatlandırma tədbiri

18/10/2023

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyinin “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”na dair məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə elm və təhsil sahəsindəki inkişafdan, gənclər üçün yaradılan imkanlardan danışıb. Bildirib ki, Universitetdə qazanılan nəzəri bilikləri sosial həyatda əks etdirmək vacib şərtdir. Bu istiqamətdə BDU tələbələri də kifayət qədər aktivdir. Belə layihələrdə iştirak gələcək karyera planları ilə bağlı fikrin formalaşmasına da kömək edir.

Əliş Ağamirzəyev “Regional İnkişaf” İctimai Birliyinə daim ölkənin sosial-iqtisadi, ictimai, mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etdiyinə görə təşəkkürünü bildirib.

“Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın rəhbəri Leyla Seyidzadə isə qeyd edib ki, proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır. Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları İşçi Qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026