BDU-da RİİB-in “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”na dair məlumatlandırma tədbiri

10/03/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyinin “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”na dair məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə çıxış edən “BDU könüllüləri” təşkilatının sədr müavini Rəşid Qurbanlı bildirib ki, Azərbaycanda gənclərin elm və təhsil sahəsindəki inkişafı prioritet sahə kimi müəyyən edilib. "Regional İnkişaf” İctimai Birliyi daim belə layihələri ilə gənc nəslin intellektual potensialının artmasına töhfə verir.

“Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın rəhbəri Leyla Seyidzadə isə qeyd edib ki, proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həll yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və inkişafına dəstək verilməsi məqsədi daşıyır. 2023-cü ilin sentyabr ayında elan edilmiş "Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı" indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihə həyata keçirib. Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları İşçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, proqrama son müraciət tarixi aprelin 1-idir.

Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026