BDU-da Respublika elmi konfransı: “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması”

07/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda Respublika elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov Azərbaycanda geologiya elminin, xüsusilə neft-qaz yataqlarının işlənməsinin, mineral xammal ehtiyatlarının öyrənilməsinin, dağ-mədən sənayesinin, seysmologiyanın inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. O diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda aparılmış məqsədyönlü siyasətin nəticəsində öz mineral resurslarımızdan istifadə təşəkkül tapıb. Çətin bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın inkişafını səciyyələndirən əsas amillərdən biri kimi tarixə yazılıb.

Milli Məclisin üzvləri Pərvin Kazımzadə, Naqif Həmzəyev, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü İlqar Quliyev çıxışlarında vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev milli lider, qüdrətli dövlət xadimi kimi müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifidir. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasəti nəticəsində mümkün olub. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndər tərəfindən müəyyənləşdirilən inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.

Daha sonra Seysmologiya və yer təkinin fizikası kafedrasının dosenti Vaqif Qədirov, Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadənin elmi məruzələri dinlənilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024