BDU-da Respublika elmi konfransı: “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması”

05/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda Respublika elmi konfransı keçirilir.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Geologiya fakültənin dekanı, dosent Mamoy Mansurov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə, xüsusilə geologiya sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb. O bildirib ki, Azərbaycanda geologiya elminin, xüsusilə neft-qaz yataqlarının işlənməsi, mineral xammal ehtiyatlarının öyrənilməsi, dağ-mədən sənayesinin, seysmologiyanın inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda aparılmış məqsədyönlü siyasətin nəticəsində öz mineral resurslarımızdan istifadə təşəkkül tapıb. Çətin bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın inkişafını səciyyələndirən əsas amillərdən biri kimi tarixə yazılıb.

Milli Məclisin üzvü Aydın Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və elminin inkişafındakı misilsiz rolundan bəhs edib. Bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində elmi kadr hazırlığı və ali təhsil sistemində əsaslı dönüş yaranıb, Bakı Dövlət Universiteti isə bu strategiyanın mərkəzi pilləsində qərar tutub. Universitet Azərbaycanın ilk və aparıcı ali təhsil müəssisəsi kimi ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb. Aydın Hüseynov əlavə edib ki, Ulu Öndər Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin elmi əsaslarla araşdırılması və qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə Ulu Öndərin təbii sərvətlərin qorunması və səmərəli istifadəsi istiqamətində həyata keçirdiyi siyasətdən, onun geologiya və faydalı qazıntılar sahəsindəki uzaqgörən strategiyasından söz açıb. O, bu siyasi və iqtisadi xəttin bu gün də aktual olduğunu və elmi inkişafın mühüm dayağına çevrildiyini vurğulayıb.

Daha sonra Seysmologiya və yer təkinin fizikası kafedrasının professoru Vaqif Qədirov və Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadənin Azərbaycanın və Rusiyanın neft yataqlarında bir quyuya düşən illik hasilatın lokal dəyişmələri və bu dəyişmələrin dinamikası, Yer kürəsinin geoxronoloji cədvəl üzrə formalaşması və geoloji inkişaf mərhələlərinə dair elmi məruzələri dinlənilib.

Konfrans öz işini sabah yekunlaşdıracaq.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025