BDU-da Respublika elmi konfransı: “Pedaqogika elmi və müasirlik”

23/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Pedaqogika elmi və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, dosent Rövşən Cavadov Ümummilli Lider Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin tərəqqisindəki xidmətlərindən danışıb, Ulu Öndərin zəngin siyasi irsinin gənclərə ən layiqli örnək olduğunu bildirib. Pedaqogika və psixologiya elmlərinin təhsildə mühüm rolunu qeyd edən Rövşən Cavadov bu elmlərin inkişafına daha böyük diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

BDU-nun Pedaqogika kafedrasının professoru Nübar Muxtarova Ulu Öndər tərəfindən yaradılan azərbaycançılıq ideologiyasında təhsil siyasətinin inkişafın əsas cəhətlərindən biri kimi təqdim edildiyini vurğulayıb. O bildirib ki, həyatını müəllimliyə həsr edən insanları fədakar, qəhrəman, xalqına, millətinə sədaqətli insanlar hesab edən Ulu Öndər hər zaman Azərbaycan müəllimlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasov “Pedaqoji təhsildə magistr hazırlığının təkmilləşdirilməsi istiqamətləri” adlı məruzə ilə çıxış edib.

ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Fərrux Rüstəmovun “Təlimdə uğur qazanmağın tək səbəbi: uşağa sevgi və inam” adlı məruzəsində isə təhsil prosesində şagird-müəllim münasibətləri təhlil olunub, bu sahədə yaranan problemlərin həlli yolları izah edilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024