BDU-da Respublika Günü!

26/05/2011

Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları bayram münasibətilə təbrik edib. XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu deyən rektor bildirib ki, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız bu gün müstəqil Azərbaycanda Cümhuriyyət yaradanları böyük minnətdarlıq hissi ilə xatırlayır.

1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyən akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişməsi müstəqilliyimizi təhlükə altına alırdı. Xalqımızın xilaskar bir şəxsiyyətə ehtiyacı vardı. Bu şəxsiyyət xalqımızın Ümummilli lideri Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb - atəşkəsə nail olunub, "Əsrin müqavilə"si imzalanıb, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunub, Dağlıq Qarabağın Ermənistan tərəfindən zəbt olunması dünya dövlətləri tərəfindən etiraf olunub, iqtisadi göstəricilərə görə dünya dövlətləri ilə eyni cərgədə dayanmağı bacarıb. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla, məqsədyönlü şəkildə davam etdirilir.

Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov o əsərlərdən birinin də Bakı Dövlət Universiteti olduğunu xatırladıb. Deyib ki, 93 yaşlı Xalq Cümhuriyyətinin ildönümünü 92 yaşlı universitetdə keçirməklə böyük qürur və şərəf hissi duyuruq.

Rektorun çıxışından sonra bu tarixi hadisələri əks etdirən slaydlar nümayiş etdirilib, tələbələr tərəfindən konsert proqramı təqdim olunub.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 26 may 2011-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024