BDU-da Respublika Günü keçirilib və “Vaqif” dramı təqdim edilib

25/05/2017

Bakı Dövlət Universitetində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi Bakı Dövlət Universitetinin yaradılmasını diqqətə çatdırıb.  Tariximizin önəmli mərhələsinin yenidən bərpasına ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi qiymət verildiyini qeyd edən akademik Abel Məhərrəmov ulu öndərin müstəqilliyimizin qorunması və əbədiliyinin təmin edilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb.

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb.

Çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” dramı haqqında məlumat verib, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini əks etdirən bu pyesi təqdim etmək üçün tələbələrin uzun müddətdir ki, xalq artisti, professor Ağakişi Kazımovun rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə məşq etdiklərini söyləyib. “Vaqif” dramının təqdimatı böyük coşqu ilə qarşılanıb. Sonra çıxış edən rektor Abel Məhərrəmov bütün yaradıcı heyətə, rejissor Ağakişi Kazımova, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədova, Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovaya təşəkkürünü bildirib.

Xalq artisti Ağakişi Kazımov isə tələbələrin istedadını xüsusilə qeyd edərək, onlarla işləməkdən zövq aldığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 25 may 2017-ci il.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026