BDU-da “Riyaziyyat, mexanika və tətbiqləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb

25/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və tətbiqləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan BDU-nun elm və innovasiyalar üzrə prorektoru professor Hüseyn Məmmədov Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafında olan xidmətləri haqqında ətraflı məlumat verib, konfransda riyaziyyat elminin müxtəlif sahələrinə aid maraqlı məruzələrin müzakirə ediləcəyini deyib.

Sonra Mexanika-riyaziyyat fakültəsinin dekanı professor Nizaməddin İsgəndərov, Azərbaycan Texniki Universitetinin professoru İlham Pirməmmədov çıxış ediblər. Çıxışlarda riyaziyyatın müxtəlif istiqamətində fikir mübadilələrinin aparılması, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən mühüm nəticələrinin müzakirə edilməsi baxımından bu cür konfransların təşkili çox təqdirəlayiq addım kimi qiymətləndirilib, bu cür tədbirlərin davamlı olaraq təşkil edilməsinin bu istiqamətdə aparılacaq elmi işlərə təkan olacağı qeyd edilib.

Konfrans öz işini bölmələr üzrə davam etdirib.

 

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026