BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb

19/04/2018

Bakı Dövlət Universitetində Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb. Bilik yarışı 8 ali təhsil müəssisəsini əhatə edib. Yarışlar riyaziyyat üzrə Bakı Dövlət Universitetində, Müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, İnformasiya Texnologiyaları üzrə Azərbaycan Texniki Universitetində keçirilib. Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyən edilib. Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən edilib. I, II və III yerlərin qalibləri BDU tələbələri olub. I və II yerləri Riyaziyyat müəllimliyi ixtisasının tələbələri Süleyman Bağırov və Aytac Nəbiyeva, III yeri isə Əfsanə Rzazadə tutub.

Mətbuat və informasiya şöbəsi, 19 aprel 2018-ci il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026