BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir

24/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Sərhəd şərtləri spektral parametrdən asılı olan  dördüncü tərtib adi diferensial tənliklər üçün sərhəd məsələlərinin məxsusi funksiyalarının xassələri” (“Properties of eigenfunctions of a boundary value problem for ordinary differential equations of fourth-order with boundary conditions depending on the spectral parameter”) adlı məqaləsi  “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan (IF: 2.4) “Journal of Differential Equations” jurnalında dərc olunub.

https://doi.org/10.1016/j.jde.2024.06.007

Məqalədə spektral parametr bütün sərhəd şərtlərində olan dördüncü tərtib adi diferensial tənliklər üçün məxsusi qiymət məsələsinə baxılıb. Məxsusi ədədlərin həqiqi oxda yerləşməsi öyrənilib, onların təkrarlanma tərtibləri tapılıb və məxsusi funksiyaların osillyasiya xassələri tədqiq edilib, məxsusi ədədlər, məxsusi funksiyalar və onların törəmələrinin intervalın uc nöqtələrindəki qiymətləri üçün dəqiqləşdirilmiş asimptotik düsturlar alınıb. Alınmış nəticələr və operator-nəzəri interpretasiyadan  istifadə edilərək, bu məsələnin məxsusi funksiyaları sistemindən dörd funksiya atıldıqdan sonra yerdə qalan sistemin Lebeq fəzalarında bazis təşkil etməsi üçün kafi  şərtlər müəyyən edilib.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026