BDU-da “Şərq dilləri bayramı”

11/05/2016

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İran filologiyası kafedrasının təşkilatçılığı ilə I kurs tələbələrinin fars və urdu dilləri üzrə ənənəvi “Dil bayramı “ tədbiri keçirilib. Tədbirdə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri X.U.Qaiser, səfirliyin Mədəniyyət Mərkəzinin müdiri doktor İ.İbrahimi, Əfqanıstan Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri A.Aruin, Tacikistan Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi D.Əhmədov, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, o cümlədən fakültənin professor-müəllim, tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov açaraq hər il ənənəvi olaraq bu bayramının keçirilməsinin əhəmiyyətindən, fars və urdu dillərinin öyrənilməsində əlifbanın başlanğıc rolundan, dillərin mənimsənilməsindən bəhs edib. Daha sonra Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov çıxış edərək, fars və urdu dillərinin tədris tarixindən və bu sahədəki kadr hazırlığından danışıb.
Daha sonra İran və Pakistan üzrə regionşünaslıq ixtisasının tələbələrinin ifasında adıçəkilən dövlətlərin himni səsləndirilib, çıxışlar olub, Azərbaycan ilə bu ölkələr arasındakı əlaqələrlə bağlı videoçarx nümayiş etdirilib. Tələbələr həmçinin İranın məşhur ədiblərinin yaradıcılığından müxtəlif şeir, hekayə, atalar sözləri və folklor nümunələri, urdu dilində isə mahnılar təqdim ediblər.
Sonda çıxış edən Pakistan İslam Respublikasının səfiri X.U.Qaiser və Mədəniyyət Mərkəzinin müdiri doktor İ.İbrahimi tələbələrin çıxışlarını yüksək dəyərləndirərək onların gələcəkdə ölkələrarası əməkdaşlığın daha da möhkəmlənməsinə töhvələr verəcəklərinə əminlik ifadə ediblər.
Qonaqlar ixtisas müəllimləri - İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə, Leyla Məmmədova və urdu dili müəlliməsi Amaliya Paşayevaya təşəkkür ediblər.

Mətbuat və informasiya şöbəsi, 11 may 2016-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024