BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans keçirilib

20/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş magistrant və gənc tədqiqatçıların ənənəvi “Şərq filologiyası məsələləri” mövzusunda onlayn elmi konfransı keçirilib.

Moderator, Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tədbiri açıq elan edərək, müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda təhsilin, elmin inkişafı istiqamətlərində mühüm işlər görülməsindən, Azərbaycanda daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxılmasından, dahi dövlət xadimi Heydər Əliyevin vətənin, xalqın, gənc nəslin tərəqqisi yolunda təhsil və tərbiyənin əsas roluna yüksək qiymət verməsindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına böyük diqqət və qayğısı nəticəsində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsinə nail olunub.

N.İsmayılzadə Bakı Dövlət Universitetində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunmasının universitetin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edərək, Şərqşünaslıq fakültəsinin magistrantlarının şərq ölkələrinin istər dili, tarixi, istərsə müasir ədəbi, ictimai-siyasi, fəlsəfi fikrinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparmalarına xüsusi diqqət ayrılmasından bəhs edib.

Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək Bakı Dövlət Universitetinin gənc tədqiqatçı və magistrantlarının apardıqları elmi-tədqiqat işlərindən, onların əhəmiyyətindən danışaraq konfransın işinə uğurlar arzulayıb.

Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizov fakültədə hər il mütəmadi olaraq gənc alim və magistrantların tədqiqat sahələrinə aid nəticələrin təqdim edilməsi baxımından konfransın işini yüksək qiymətləndirib, bu tip tədbirlərin gənc tədqiqatçıların elmi iş istiqamətində təcrübələrinin dərinləşməsinə xidmət etdiyinə diqqət çəkib.

Konfransda Türk filologiyası kafedrasının professoru, Milli Məclisin üzvü Jalə Əliyeva “Heydər Əliyev və gənclər konsepsiyası” mövzusunda məruzə edib. Ümummilli liderimiz Heydər Əliyevin ölkənin ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində sistemli islahatlar apararkən gənclərin roluna həmişə xüsusi fikir verdiyindən, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakından danışıb. Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini, Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb.

Daha sonra fakültənin gənc alim və magistrantları ərəb, fars, türk, ibri, urdu, koreya, yapon, çin dili və ədəbiyyatı mövzularında çıxış edibər.

Konfransın sonunda İran filologiyası kafedrasının professoru Mehdi Kazımov, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova, Ərəb filologiyası kafedrasının dosenti Təranə Hüseynbalayeva çıxış edib, konfrans iştirakçılarının tədqiqat işlərini yüksək qiymətləndirərək öz tövsiyələrini bildiriblər.

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12/12/2024