BDU-da "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı tədbir

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar Təşkilatı Komitəsinin təşkilatçılığı ilə "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı bayram tədbiri keçirilib.

Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı, dosent Aydan Xəndan iştirakçıları bayram münasibətilə təbrik edib, türk xalqları arasında bayramın keçirilməsi ilə bağlı təsəvvürlər, yaşadığımız coğrafiya üçün Novruzun əhəmiyyətindən danışıb.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli Orta Şərq ölkələrinin müştərək irsi olan Novruzun tarixi əhəmiyyəti, zərdüştilik təsəvvürlərinin geniş yer aldığı bayramın yayıldığı ölkələr, Avestada Novruz haqqında məsələlər, Novruz sözünün etimologiyası və digər mifoloji təsəvvürlərdən bəhs edib.

Tədbirdə tələbələr təhsil aldıqları Şərq dillərində həmin ölkələrdə Novruz bayramı ilə əlaqədar olan ənənələrdən danışıb, Azərbaycan dilində qısa xülasələr təqdim ediblər.

Çıxışçılar bayramın müştərək motivlərinin xalqlar arasında mədəni körpü yaratdığını vurğulayıblar.

Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026