BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

20/10/2026

Bakı Dövlət Universitetində (BDU) “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri keçirilib.

Məclisin sədri, BDU Elmi Kitabxanasının baş biblioqrafı Məcid Heydərli (Seyyid Əsri) “Şərq ülkəri” ədəbi məclisinin birillik fəaliyyəti, əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi təşəbbüslərdən bəhs edib. Məclisin ədəbi yaradıcılığa marağın artırılması, gənclərin istedadlarının üzə çıxarılması və ədəbi mühitin formalaşdırılması baxımından rolunu diqqətə çatdırıb. O, ali məktəblərdə ilk ədəbi məclis olan “Şərq ülkəri”nə tələbələrlə yanaşı, müəllimlərin də üzv olduğunu bildirib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin təbii istedad və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, “Şərq ülkəri” kimi təşəbbüslərin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, bədii təfəkkürünün formalaşdırılması və ədəbiyyata marağının gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Şərqşünaslıq fakültəsinin sosial işlər üzrə dekan müavini Əli Babayev və müəllim Həyat Məmmədova çıxışlarında ədəbi məclisin fəaliyyət dairəsinin genişlənməsinin əhəmiyyətindən, klassik ədəbiyyat nümunələrinin müasir dövrdə təbliğindən, eləcə də şeirin tədris prosesində tələbələrin mövzuları daha asan qavramasına kömək edən vasitə kimi rolundan bəhs ediblər.

Tədbir çərçivəsində Universitetin tələbəsi Səyyarə Rəhimzadə Hafiz Şirazinin qəzəlini səsləndirib, Əsgər Safi isə həmin əsərin mənzum tərcüməsini təqdim edib. Daha sonra ədəbi məclisin üzvləri Əkbər Türbəndəyev, Məcid Dövri, Selcan Təvvabi, Aydan Əhdi, Aytən Hilal, İmran Səbri və Hüseyn Sirri öz şeirlərini səsləndiriblər.

Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - xanəndə Mahir Şabanov və tarzən Musa Baqdayevin muğam ifası təqdim olunub.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026