BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

13/10/2026

Bakı Dövlət Universitetində (BDU) əməkdaşların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və elektron sistemlərdən səmərəli istifadənin təşviqi məqsədilə “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib.

Təlim zamanı BDU-nun Rəqəmsallaşma və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Şəbnəm Məmmədova rəqəmsal iş mədəniyyətinin formalaşdırılması, gündəlik iş proseslərinin optimallaşdırılması, məlumatların düzgün idarə olunması və elektron sənədlərlə işləmə prinsipləri barədə məlumat verib. Universitetdə tətbiq olunan AzDOC elektron sənəd dövriyyəsi sistemindən istifadə, sənədlərin qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi, razılaşdırılması, elektron imzalanması, icra vəziyyətinin izlənilməsi və arxivləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılar elektron sənəd dövriyyəsi sistemi ilə bağlı gündəlik iş proseslərində qarşılaşdıqları çətinlikləri bölüşüb, mövcud problemlər ətrafında fikir mübadiləsi aparıblar. Əməkdaşların sualları cavablandırılıb, iş prosesinin təkmilləşdirilməsi və sistemdən istifadənin asanlaşdırılması istiqamətində təkliflər müzakirə olunub.

Bununla yanaşı, məlumatların vahid mənbədən idarə olunması, “Microsoft Excel” proqramının imkanlarından səmərəli istifadə və OCR texnologiyası vasitəsilə skan edilmiş sənədlərdə mətnlərin tanınması məsələləri də diqqətə çatdırılıb. Qeyd olunub ki, rəqəmsallaşdırmanın əsas məqsədi iş proseslərinin sadələşdirilməsi, təkrarlanan əməliyyatların azaldılması və idarəetmənin səmərəliliyinin artırılmasıdır.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026