BDU-da “Rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri” mövzusunda elmi seminar

16/03/2021

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə  onlayn elmi seminar keçirilib. Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının dosenti Solmaz Sadıqova “Rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi informasiya cəmiyyəti dövründə rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri şərh olunub. Kitabxanaların biblioqrafik fəaliyyətində internet texnologiyalarından istifadə təcrübəsi və meyilləri haqqında geniş məlumat verilib, bu sahədə dünya təcrübəsindən nümunələr göstərilib, müqayisəli təhlillər aparılıb. Eyni zamanda məruzədə ölkəmizdə fəaliyyət göstərən kitabxanaların bu sahədəki iş təcrübəsi və perspektivləri haqqında danışılıb. İnformasiya texnologiyalarının tətbiqi ilə müasir kitabxana-informasiya xidmətlərinin imkanlarının genişləndiyini vurğulayan məruzəçi bu sahədə mövcud problemlərdən də bəhs edib, onların həlli yollarını göstərib. Bildirilib ki, məruzədə qarşıya qoyulan əsas məqsədlərdən biri tədris prosesində bu dəyişiklikləri nəzərə almaqdan ibarətdir.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Elçin Əhmədov, Knyaz Aslan, dosent Rəşad Qardaşov məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026