BDU-da “Rəqəmsal transformasiya və kitab nəşri” mövzusunda elmi seminar

13/04/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Rəqəmsal transformasiya və kitab nəşri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu üzrə məruzə edib.

Məruzədə qlobal informasiya mühitinin öz şərtlərini diktə etdiyi şəraitdə rəqəmsal transformasiyanın kitab nəşri sahəsinə təsirindən bəhs olunub. Bildirilib ki, bu proses digər sahələr kimi yaradıcı sənayelərə, o cümlədən kitab nəşrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Kitab sənayesində rəqəmsallaşmanın rolu davamlı şəkildə artır, ənənəvi nəşrlərdən elektron nəşrlərə keçid sürətlə inkişaf edir.

Araşdırmada ənənəvi və rəqəmsal nəşriyyat modellərinin müqayisəli təhlilləri aparılıb, müasir texnologiyaların nəşriyyat sənayesində yaratdığı yeni imkanlar ətraflı şəkildə şərh olunub. Nəşriyyat praktikasında süni intellekt texnologiyalarından istifadə yeni dövrün reallığı kimi öyrənilib, bu kontekstdə müəlliflik hüquqlarının qorunması, informasiya təhlükəsizliyi, nəşriyyat məhsullarında akademik dürüstlüyün təmin olunması kimi mühüm istiqamətlər təhlilə cəlb edilib. Məruzədə həmçinin səsli axtarış sistemləri, multimedia komponentlərinin nəşriyyat praktikasında artan rolu, bu istiqamətlərdə dünyanın aparıcı nəşriyyatlarının həyata keçirdiyi innovativ layihələr və yerli nəşriyyatların fəaliyyətləri nümunələr əsasında təqdim olunub. Qeyd edilib ki, nəşriyyat işinə rəqəmsal transformasiyanın tətbiqi müasir nəşriyyatların imicinin müəyyənləşdirilməsində, çap məhsullarının təbliğində, oxucu-müəllif, oxucu-nəşriyyat münasibətlərinin formalaşmasında mühüm rol oynayır, nəşriyyat məhsullarını daha əlçatan və interaktiv edir.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026