BDU-da rumıniyalı alimlə görüş

21/06/2022

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin  (BSUN – Black Sea Universities Network) İdarə Heyətinin sədri, Rumıniyanın Ovidus Universitetinin  Nanotexnologiya və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru, 9-cu Qlobal Bakı Forumunun iştirakçısı, professor Eden Mamutla  görüş keçirilib. Görüşə onlayn formada Buxarest Universitetinin Nanoelmlər – Alternativ Enerji Mənbələri Tədqiqat Mərkəzinin rəhbəri, professor Ioan Stamatin də qatılıb.

Görüşdə professor Eden Mamut Azərbaycan-Rumıniya universitetləri arasındakı əlaqələrin yaranma tarixindən danışıb, daha sonra iştirakçıları hazırda fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri, perespektivləri ilə yaxından tanış edib.

Görüşdə Rumıniya və Azərbaycan universitetləri arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub. Beynəlxalq elmi tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında müzakirələr aparılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026