BDU-da “Rus dili dərslərində texniki vasitələrdən istifadə” mövzusunda ustad dərsi

01/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının dosenti Həyat Tağıyevanın “Rus dili dərslərində texniki vasitələrdən istifadə” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Məruzədə bildirilib ki, müasir dövrdə linqvodidaktikanın aktuallığı dərs prosesində texniki vəsaitlərin tətbiqi ilə bağlıdır. Tədris prosesində müəllimin əsas məqsədi tələbələrin marağını fənnə cəlb etmək, rus dilini öyrənmək həvəsini artırmaq, dil biliklərini zənginləşdirmək, onları savadlı şəxsiyyət kimi formalaşdırmaq, dünyagörüşlərini genişləndirmək, gənc nəsildə başqa dillərə rəğbət aşılamaqdır.

Məruzəçi qeyd edib ki, yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqi təlim prosesini aktivləşdirməyə, dərsin tempini yüksəltməyə, tələbələrin müstəqil işlərinin həcmini artırmağa imkan verir. Rus dilinin xarici dil kimi tədrisi prosesində kompüter və elektron lövhə kimi əyani vasitələrdən istifadə edilməsi, habelə “Workspase” proqramı vizual öyrənmə dairəsini genişləndirməyə şərait yaradır.

Ustad dərsində tələbələr “Heydər Əliyev”, “Lev Tolstoy”, “Sergey Yesenin”, “Novruz bayramı” və “Bakı Dövlət Universiteti” mövzularında təqdimatlar nümayiş etdiriblər.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026