BDU-da “Rus poeziyası gecəsi” adlı tədbir
11/05/2016
Bakı Dövlət Universiteti Rus mərkəzində “Rus poeziyası gecəsi” adlı tədbir keçirilib. Tədbiri təbiət fakültələri üzrə Rus dili kafedrasının müəllimləri və BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova təşkil edib. Tədbiri giriş sözü ilə açan Təbiət fakültələri üzrə Rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov qeyd edib ki, rus dilini bilməklə təkcə poeziyanın deyil, bütün elmlərin qapısını açmaq olar. Təbiət fakültələri üzrə təhsil alan tələbələr S.Yesenin, F.İ.Tütçev, M.Aqaşin, M.U.Lermontov, A.S.Puşkin və digər şairlərin şeirlərini söyləyib. Tədbirin sonunda Rus mərkəzinin rəhbəri Arzu Məmmədova tələbələrə fəxri fərman və təşəkkür məktubları təqdim edib.
Mətbuat və informasiya şöbəsi, 11 may 2016-ci il.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Xəbərlər
BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub






