BDU-da SABAH magistratura proqramı çərçivəsində tələbələrlə görüş

06/04/2022

Bakı Dövlət Universitetində (BDU) SABAH magistratura proqramı çərçivəsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib.

SABAH magistratura layihəsinin BDU üzrə koordinatoru, BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor Ələkbər Əliyev cəmiyyətin inkişafında gənclərin rolunu qeyd edərək, ixtisaslı kadrların formalaşması sahəsində magistratura təhsilinin əhəmiyyətinin vurğulayıb. Daha sonra Təhsil İnstitutunun əməkdaşı Gülnar Tahirli SABAH magistratura layihəsi, proqramda yer alan universitetlər, ixtisaslaşmalar və proqramın üstünlükləri barədə tələbələrə məlumat verib. SABAH magistratura proqramının əsas məqsədinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması olduğu vurğulanıb.

SABAH magistratura proqramının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə məsul məsləhətçisi İqbal Sadiqli ixtisaslaşma üzrə tədris olunan fənlər, dərslərin və əlavə tədbirlərin təşkili haqqında məlumat verib.

Görüşün sonunda tələbələrin layihə haqqında sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026