BDU-da SABAH qrupları ilə bağlı görüş keçirilib

09/06/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev ilə görüşüb.

Görüşdə bakalavriat və magistratura səviyyələrində SABAH qruplarının layihələrinin vahid layihə şəklində inteqrasiyasının vacibliyi vurğulanıb. 2023/2024-cü tədris ili üçün müvafiq ixisaslar üzrə təhsildə yüksək nəticələr göstərən tələbələrin  SABAH qruplarına  seçiminin başladığı bildirilib. Eyni zamanda məzmunca yeni tədris proqramlarının yaradılması və bununla əlaqədar müəllimlərin peşəkar səviyyələrinin və təhsildə keyfiyyətin yüksəldilməsinin zəruriliyi də qeyd olunub.

Həmçinin 2023/2024-cü tədris ilində BDU-nun SABAH qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açıldığı, bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Torpaqşünaslıq və aqrokimya) qəbulun elan olunması qeyd edilib.

 

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026