BDU-da SABAH qruplarına qəbulla əlaqədar görüş keçirilib

03/05/2017

Bakı Dövlət Universitetinin Böyük akt zalında 2017-2018-ci tədris ili üçün  SABAH qruplarına qəbulla əlaqədar müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan I kurs  tələbələri ilə görüş keçirilib. Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyalrı üzrə prorektoru, professor İradə Əliyeva və Təhsil Nazirliyi SABAH qruplarının tələbələrlə iş üzrə rəhbəri Mehriban Nəzərova iştirak edib. Görüşdə SABAH qruplarının üstünlükləri, Təhsil Nazirliyinin tələbələrə yaratdığı imkanlar, SABAH qruplarına qəbulun qaydaları haqqında ətraflı məlumatlar verilib. Məlum olub ki, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan tələbələr SABAH qruplarınaqəbulda iştirak edə bilərlər.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün Bakı Dövlət Universitetində aşağıdakı ixtisaslar üzrə qəbul elan edilib:

  1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi
  2. Fizika müəllimliyi
  3. Riyaziyyat müəllimliyi
  4. Coğrafiya müəllimliyi
  5. Hüquqşünaslıq
  6. Tarix müəllimliyi
  7. Kompüter elmləri
  8. Kimya müəllimliyi
  9. Psixologiya
  10. Biologiya müəllimliyi.

Mətbuat və informasiya şöbəsi, 03 may 2017-ci il

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026