BDU-da “Sağlam gələcək: Narkotikdən uzaq ol” adlı maarifləndirici tədbir

16/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Sağlam gələcək: Narkotikdən uzaq ol” adlı maarifləndirici tədbir keçirilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev narkomaniyanın və psixotrop maddələrin cəmiyyətə, gənc nəslin sağlamlığına yaratdığı təhlükələrdən bəhs edib, BDU-da bu istiqamətdə vaxtaşırı ardıcıl tədbirlərin keçirildiyini bildirib.

Tədbirin əsas məruzəçisi, Medi-Art Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr-narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev narkotik maddələrin psixoloji və fiziki asılılığa səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, narkotik maddələr insanın beyin fəaliyyətinə birbaşa təsir göstərir, sinir sistemini zədələləyir. Bu maddələrdən uzunmüddətli istifadə insanın düşünmə qabiliyyətini, emosional sabitliyini və qərar qəbuletmə proseslərini pozur.

Məruzəçi bildirib ki, narkomaniya ilə mübarizə təkcə hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Hüquqi tədbirlər narkotik maddələrin qanunsuz dövriyyəsini və istifadəsini azaltmağa yönəlsə də, əslində bu problemin həlli üçün geniş sosial və psixoloji yanaşma tələb olunur. O, narkotik asılılığı olan şəxslərə müvafiq psixoloji dəstəyin göstərilməsinin vacibliyini qeyd edib. Həkim asılılıqdan qurtulmaq üçün düzgün psixoloji məsləhət, dəstək və reabilitasiya prosesinin həyata keçirilməsinin, insanların sosial mühitə yenidən inteqrasiya edilməsinin zəruri olduğunu vurğulayıb. Çünki narkomaniya yalnız bir şəxsin həyatına deyil, onun ailəsinə və cəmiyyətin bütövlükdə rifahına təsir edən genişmiqyaslı bir problemdir.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026