BDU-da sağlam həyat tərzinin təbliğinə dair təlim

28/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə “Sağlam həyat tərzi” adlı təlim keçirib.

Təlimdə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Zümrüd Kazımova bildirib ki, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq olması prioritet məsələlərdən biridir. Fiziki tərbiyə gənclərin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı əmələ gəlmiş bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanları siqaret, spirtli içkilər və narkomaniyaya olan aludəçilikdir. Zərərli vərdişlər maddələr mübadiləsinə mənfi təsir göstərməklə orqanizmin normal inkişafına mane olur. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərǝli vasitə yeniyetmələrin bədən tərbiyəsi vərdişlərinin formalaşdırılmasıdır.

Daha sonra tələbələrə gündəlik sağlam rejimin qrafiki izah edilib.

Təlim tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026