BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib

19/02/2018

Barama İnnovasiya Mərkəzi, Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində tələbələrin özünü inkişaf laboratoriyası - Barama Media Mərkəzinin "Science via Media" layihəsi uğurla tamamlanıb. Bakı Dövlət Universitetində keçirilən mükafatlandırma mərasimində çıxış edən Barama İnnovasiya Mərkəzinin direktoru İmran Bağırov adıçəkilən layihənin önəmindən bəhs edib. Bu cür layihələrin tələbələrdə praktik vərdişlərin inkişafına xidmət etdiyini, qaliblərin Youtube kanalında yerləşdirilən video-çarxlarına münsiflər heyəti tərəfindən verilən ballar əsasında müəyyən edildiyini qeyd edib. Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev , “Technote startup"ın rəhbəri Fərid Pərdəşünas və tanınmış aktyor, video-blogger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirələr keçirilib, tələbələrə mediada startuplar, yeniliklər haqqında məlumatlar verilib, onların sualları cavablandırılıb. Sonda Jurnalistika fakültəsinin tələbələri - Nigar Abbasova, Vüsalə Hacıyeva “Məchul” təqdimatı ilə 1-ci, Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” mövzusu ilə 2-ci, Jurnalistika fakültəsinin magistrantı Nurlan Salamov isə “Klonlama” mövzusu ilə 3-cü yerin sahibi olublar.Qeyd edək ki, "Science via Media" layihəsi yarış formatında baş tutub və layihə elmi izahların media dilində cəmiyyətə çatdırılması məqsədilə gənclərin elm-təhsil, özünüinkişafa olan maraqlarını artırmağa yönələn beş mövzuda video-çarxlardan ibarət olub.


Mətbuat və informasiya şöbəsi, 19 fevral 2018-ci il.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026