BDU-da seminar: “İqtisadi məsələlərə qeyri-səlis yanaşma”

06/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının təşkilatçılığı ilə “İqtisadi məsələlərə qeyri-səlis yanaşma” mövzusunda elmi seminar keçirilib. Seminarda İqtisadi kibernetika kafedrasının dosenti Reyhan Şıxlinskaya mövzu üzrə məruzə edib.
Məruzəçi Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafında dərin izlər qoyduğunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. O, bu nəzəriyyənin intellektual texnologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb, alimin nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, qeyri-səlis iqtisadiyyatın müstəqil elm sahəsi kimi inkişaf yolları 1970-ci illərdən müəyyənləşdirilib.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026