BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

24/07/2026

“BDU Könüllüləri” təşkilatı və Azərbaycan Süni İntellekt İnstitutunun birgə təşkilatçılığı ilə “Süni intellekt və gələcəyin peşələri: İlk addımlar necə atılmalıdır?” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Süni İntellekt İnstitutunun direktoru Emil Abdullayev süni intellekt texnologiyalarının əmək bazarına təsiri, gələcəyin peşələri, agent əsaslı süni intellekt sistemləri, generativ süni intellekt alətlərinin tətbiqi, eləcə də müasir əmək bazarında bacarıqyönümlü yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, "ChatGPT", "Gemini", "Claude", "GitHub Copilot", "Cursor", "Microsoft Copilot" və “Google Workspace AI” kimi müasir süni intellekt alətlərinin təhsil və peşə fəaliyyətində istifadəsi, onların yaratdığı imkanlar və tətbiq sahələri barədə söz açıb. İştirakçılar ilə süni intellektdən səmərəli istifadə, effektiv sorğuların hazırlanması, kritik düşüncə bacarıqlarının qorunması və emosional zəkanın inkişaf etdirilməsinə dair təcrübələrini bölüşüb. Süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə riayət olunmasının, məlumat təhlükəsizliyinin təmin edilməsinin və insan məsuliyyətinin qorunmasının əhəmiyyətinə də xüsusi toxunub.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026