BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir

15/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi və Azərbaycanın Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş “Guş qıl” adlı elmi-bədii tədbir keçirilib.

BDU-nun Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Prezident İlham Əliyevin Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamından sonra bu istiqamətdə silsilə tədbirlərin təşkil edildiyini bildirib. O, Seyid Əzim Şirvaninin həm tənqidi ruhlu yaradıcılığı, həm də maarifçi və pedaqoq kimi fəaliyyətindən bəhs edərək, tələbələri ədibin irsini dərindən öyrənməyə və onun maarifçilik missiyasını davam etdirməyə çağırıb.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Seyid Əzim Şirvaninin yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Seyid Əzim Şirvani yalnız şair və söz ustadı deyil, eyni zamanda Azərbaycan ədəbiyyat tarixini formalaşdıran böyük şəxsiyyətlərdən biridir. Dosent çıxışında XIX əsrdə milli düşüncənin formalaşmasında ədibin rolunu xüsusi vurğulayıb.

BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva və AMİN İctimai Birliyinin sədri Seyyid Əsri Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı və maarifçilik tarixindəki müstəsna yerindən və klassik irsinin gənc nəslə aşılanmasının vacibliyindən söz açıblar.

İctimai Birliyin üzvləri Səyahət Məhərrəmova, Fərid Salahov, Aydan Əhdi şairin yaradıcılığından bədii qiraət nümunələri təqdim edib, İmran Beyti, Məcid Dövri, Əsgər Babayev, Selcan Təvvabi Seyid Əzimə yazdıqları təxmis və nəzirələri səsləndiriblər. Muğam üçlüyü - Röyal İsgəndərov, İmran Səbri və Fərhad Məmmədəliyevin ifası tədbirə rəng qatıb.

 

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026