BDU-da “Sintetik biologiya" mövzusunda elmi seminar keçirilib

21/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Sintetik biologiya” mövzusunda elmi seminar keçirilib. Biologiya fakültəsinin “Biotexnologiya” ixtisasının II kurs tələbəsi Nərgiz Qarayeva sintetik biologiyanın mahiyyəti, tətbiq sahələri və gələcək perspektivlərinə dair geniş təqdimatla çıxış edib. O bildirib ki, alimlər istehlak mallarına artan tələbatı insan sağlamlığına zərər vermədən ödəmək üçün yeni üsullar axtarırlar. Sintetik biologiyanın əsasını bu tədqiqat mövzuları  təşkil edir. Sintetik biologiya yeni süni bioloji yolların, orqanizmlərin və ya cihazların layihələndirilməsinə, yenidən qurulmasına imkan verir. Molekulların və bütöv mikroorqanizmlərin uyğunlaşması əczaçılıq sənayesində, ətraf mühitin biotexnologiyasında və sənaye materialları istehsalında böyük imkanlar açır.

Məruzəçinin çıxışından sonra mövzu ilə bağlı interaktiv müzakirə aparılıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026