BDU-da sintetik üzvi boyaların maqnit nanohissəciklərin iştirakı ilə deqradasiyasına dair elmi seminar

13/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi, kimya elmləri doktoru, dosent Flora Hacıyeva “Sintetik üzvi boyaların maqnit nanohissəciklərin iştirakı ilə hidrogen peroksidlərlə katalitik deqradasiyası” adlı məruzə ilə çıxış edib.

Flora Hacıyeva sintetik üzvi boyaların deqradasiya üsulları, maqnit nanohissəciklərin iştirakı ilə fenoton reaksiyalarla qabaqcıl oksidləşmə metodlarının müqayisəli təhlilini və üstün xüsusiyyətlərini göstərib. Məruzəçi müxtəlif sintetik boyaların (Coomassie Brilliant Mavi, Metilen Mavi, Tartrazin, Orange II) maqnetit (Fe3O4) nanohissəciklərin iştirakı ilə hidrogen peroksidlərlə deqradasiyasına dair apardığı ekperimental nəticələri təqdim edib, deqradasiyanın mexanizmləri haqqında təsəvvürləri seminar iştirakçılarının nəzərinə çatdırıb.

O, sintetik boyaların deqradasiyasına mühitin pH-nın, hidrogen peroksidin və maqnetit nanohissəciklərin qatılığının, müddətin və sair texnoloji parametrlərin təsirinə dair təcrübi nəticələri nümayiş etdirib. Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayan məruzəçi daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026