BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib

27/04/2026

Bakı Dövlət Universitetində (BDU) 24 aprel - Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdə fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, müəllimlər və beynəlxalq münasibətlər sahəsinə maraq göstərən gənclər iştirak ediblər.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında beynəlxalq münasibətlərə marağın, diplomatiya sahəsində gənclərin maarifləndirilməsinin artırılmasıdır. Şahin Pənahov  bildirib ki, çoxtərəfli diplomatiya müasir beynəlxalq münasibətlər sisteminin əsas dayaqlarından biridir və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi tələbələrin dünyagörüşünün formalaşmasına, onların qlobal proseslərə daha dərindən bələd olmasına mühüm töhfə verir.

Tədbirin xüsusi qonağı Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Əsmər Yusifzadə olub. O, çıxışında çoxtərəfli diplomatiyanın mahiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mexanizmləri, qlobal təhlükəsizlik çağırışları və müasir geosiyasi proseslər barədə ətraflı məlumat verib. Bildirilib ki, çoxtərəfli yanaşmalar dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edərək, çoxtərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir, müxtəlif təşəbbüslərlə çıxış edir və regional, eləcə də qlobal təhlükəsizlik məsələlərinin həllində konstruktiv mövqe nümayiş etdirir.

Görüş zamanı tələbələr çoxtərəfli diplomatiya sahəsində praktiki biliklərini artırmaq imkanı əldə ediblər. Müzakirələrdə beynəlxalq münasibətlər sahəsində karyera imkanları, diplomatik xidmətin xüsusiyyətləri və bu sahədə tələb olunan peşəkar bacarıqlar barədə də fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026