BDU-da “Sülh və İnsan hüquqları” mövzusunda seminar keçirilib

25/09/2014

Bakı Dövlət Universiteti Hüquq fakultəsi Tələbə Həmkarlar Təşkilatı (THT) “Sülh və İnsan hüquqları” mövzusunda seminar keçirib. Tədbirdə BDU THİK-nin sədr müavini İlkin Şərifov, Hüquq fakultəsi THT-nin sədri Yavər Məmmədova, Hüquq fakultəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzə fəlsəfə doktoru Rahim Məmmədov və 50-yə yaxın tələbə fəallar iştirak edib. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədr müavini İlkin Şərifov tələbələri salamlayaraq ölkəmizdə və dünyada sülh prosesinin həyata keçirilməsindən, sülhlə bağlı tədbirlərin əhəmiyyətindən danışaraq bu tədbirin heç də təsadüfü olmadığını bildirib. Belə ki, 21 sentyabr beynəlxalq aləmdə sülh günü kimi qeyd olunur, həmin tarixin həftə sonuna düşməsindən dolayı tədbir bu gün keçirilib. Sonra Hüquq fakultəsi THT-nin sədri Yavər Məmmədova insan hüquqları, insan zorakılığının qarşısının alınması barəsində çıxış edərək bu gün dünyada insan hüquqlarının qorunmasının gərəkli olduğunu vurğulayıb. Daha sonra Hüquq fakultəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzə fəlsəfə doktoru Rahim Məmmədov “Sülh və İnsan hüquqları” mövzusunda geniş seminar-mühazirə söyləyib. Mühazirədə sülh günün yaranması, onun bu günümüzə qədər keçdiyi inkişaf mərhələləri haqqında danışan R.Məmmədov beynəlxalq hüququn bir başa sülhün təminatçısı olduğunu söyləyib. Sonda tədbir müzakirə ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2014-cü il.


Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026