BDU-da “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar 

19/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib.

Seminarda Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Ermənistanın 30 illik təcavüzünə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında fəal iştirak edir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasəti və sülh gündəliyi barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, dünyada silahlı qarşıdurmaların və siyasi gərginliklərin artdığı bir dövrdə sülhün təşviqi beynəlxalq gündəliyin əsas mövzularından biridir. Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və praktiki nümunə kimi qiymətləndirilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Münaqişədən sonrakı dövrdə humanitar təşəbbüslər irəli sürülür, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, regional kommunikasiyaların açılması təşviq olunur və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir. Bu addımlar bölgədə etimad mühitinin formalaşmasına və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Məruzədə bildirilib ki, Azərbaycan sülhməramlıları müxtəlif beynəlxalq missiyalarda ölkəni layiqincə təmsil edir, sülhün, qlobal təhlükəsizliyin təminatına töhfələr verir, beynəlxalq təhlükəsizlik təlimlərində öz bacarıqları və yüksək peşəkarlıqları ilə fərqlənirlər. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir. Azərbaycan dövləti regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalanaraq milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026