BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

09/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib.

Təlimdə BDU-nun professor-müəllim heyəti ilə yanaşı, Universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müəllimləri də iştirak ediblər. BDU-nun Qazax filialının müəllimləri isə təlimə onlayn qoşulublar.

Mərkəzin direktoru İsmayıl Zeynalov süni intellektin tədrisdə imkanları və məhdudiyyətləri barədə məlumat verib. Süni intellektə düzgün sorğu verməyin “rol + tapşırıq + kontekst + format” formulu zəif və güclü sorğu nümunələri əsasında izah olunub.

Təlimdə dərs planlarının və mühazirə xülasələrinin hazırlanması, mövzuların həyati nümunələrlə izahı və tələbələrin səviyyəsinə uyğun sadələşdirilməsi, həmçinin çoxseçimli testlərin, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının tərtibi məsələləri nəzərdən keçirilib.

Tələbələrin süni intellektdən istifadəsi, bu vasitə ilə hazırlanmış işlərin müəyyənləşdirilməsi, detektorların etibarlılığı və hazır cavablarla həll olunmayan tapşırıqların hazırlanması yolları müzakirə edilib. Bununla yanaşı, süni intellektin yanlış məlumatlar və uydurma mənbələr təqdim etməsi riski, faktların yoxlanılması və tələbə məlumatlarının qorunması kimi məsuliyyətli istifadə məsələlərinə də diqqət yetirilib.

Sonda iştirakçılara Universitet əməkdaşlarının ödənişsiz keçə biləcəkləri onlayn kurslar haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
23/11/2026

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026