BDU-da süni intellekt proqramlarına dair təlim

27/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə tələbələr üçün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının əməkdaşları tərəfindən “Süni intellekt tərcümə proqramları” mövzusunda təlim keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov öncə tələbələri sektorun fəaliyyəti ilə tanış edib. Bildirib ki, tələbələri karyera quruculuğuna düzgün yönləndirmək, onların əmək bazarında layiqli yer tutması üçün çalışmaq sektorun əsas fəaliyyət istiqamətidir.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının əməkdaşı Əminə Quliyeva tədbir iştirakçılarını Assosiasiyanın üzvlük proqramı, korporativ və fərdi üzvlük paketləri, üzvlüyün üstünlükləri, peşəkar sertifikasiya proqramları haqqında ətraflı məlumatlandırıb.

Assosiasiyanın əməkdaşı Rövşən Nəsirov isə bildirib ki, süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu sahə insanın ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Tətbiq olunan və ümumiləşdirilmiş süni intellekt barədə geniş məlumat verən təlimçi süni intellekt proqramlarını da təhlill edib.

Sonda tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026