BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar

04/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş elmi seminar təşkil edilib. Seminar “Həyat elmlərində süni intellekt qərarverici amil kimi: erkən aşkarlama, hibrid model mexanizmlərinin qurulması” mövzusuna həsr olunub.

Hindistanın Assam ştatında fəaliyyət göstərən Assam Qabaqcıl Səhiyyə İnnovasiyaları İnstitutunun layihə rəhbəri Kauşik Daşın məruzəçi olduğu seminarda süni intellektin biotibb və həyat elmlərində tətbiq istiqamətləri, xüsusilə məlumat əsaslı qərarvermə mexanizmləri, klinik qərar dəstəyi sistemləri və tibbi təsvirlərin analizi üzrə metodoloji yanaşmalar təqdim edilib.

Məruzənin əsas istiqaməti erkən diaqnostika məqsədilə hibrid modelləşdirmə mexanizmlərinin qurulması – statistik və maşın-öyrənməsi alqoritmlərinin fizioloji və mexaniki modellərlə inteqrasiyası məsələlərini əhatə edib. Bu çərçivədə aşağı sahəli maqnit-rezonans tomoqrafiyası (Low-Field MRT) texnologiyaları üzrə tədqiqat və inkişaf işləri, siqnalın emalı, görüntünün rekonstruksiyası və modellərin generalizasiya qabiliyyəti kimi parametrlər müzakirə olunub. Bildirilib ki, süni intellekt bioloji proseslərin modelləşdirilməsində və erkən aşkarlama sistemlərinin qurulmasında mühüm rol oynayır.

Tədbir fakültənin müəllimi Niğar Hüseynovanın moderatorluğu ilə müzakirə formatında davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. Eyni zamanda birgə tədqiqat imkanları və elmi nəşrlər üzrə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026