BDU-da SOCAR-da könüllü kimi fəaliyyət göstərən tələbələrlə görüş

28/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində SOCAR-da könüllü kimi fəaliyyət göstərən fakültə tələbələri ilə görüş keçirilib.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin gənclərin dövlət qurumları və özəl sektorda könüllü kimi cəlb olunaraq təcrübə qazanmaları ilə bağlı tapşırığına əsasən, “SOCAR Könüllüləri” qrupu yaradılıb. 6 ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi “SOCAR Könüllüləri” qrupunda BDU-nun Geologiya fakültəsinin 10 tələbəsi də aktiv iştirak edir.

Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə fakültə tələbələrinin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən vətəndaşlara yardım üçün yollanan könüllülərdən 2-si Geologiya fakültəsinin tələbəsidir.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “BDU Könüllüləri” təşkilatının rəhbəri Nərmin Heydərova çıxışlarında Universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını nəzərə çatdırıb, dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəaliyyətinin koordinasiyalı idarəolunmasının önəmini vurğulayıblar.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026