BDU-da “Sığorta ilə dayanıqlı gələcək” mövzusunda təlim

29/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı ilə tələbələr üçün “Meqa Sığorta” ASC-nin Sosial sığorta üzrə təlimçisi Emil Ağabağırov tərəfindən “Sığorta ilə dayanıqlı gələcək” mövzusunda təlim keçirilib.

Təlim zamanı Emil Ağabağırov sığortanın mahiyyəti, növləri, tarixi inkişaf mərhələləri, fəaliyyət prinsipləri, eləcə də sığorta mexanizmlərinin vətəndaşların sosial müdafiəsindəki əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. O, könüllü sığortanın üstünlükləri və dövlət-özəl sektor əməkdaşlığının bu sahədəki rolu barədə də danışıb.

Təlimçi vurğulayıb ki, hər bir gənc gələcəkdə əmək fəaliyyətinə başladığı andan sosial sığorta sisteminə daxil olmağın vacibliyini anlamalı, bu mexanizmdən şəxsi təhlükəsizliyi və rifahı üçün səmərəli şəkildə yararlanmalıdır.

Onun sözlərinə görə, düzgün qurulmuş sığorta mexanizmləri risklərin idarə edilməsinə, gözlənilməz itkilərin qarşısının alınmasına, ailə büdcəsinin və ümumilikdə ölkə iqtisadiyyatının sabitliyinin qorunmasına, yəni dayanıqlı gələcəyin təmin edilməsinə xidmət edir.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026