BDU-da “Sosial layihələr” müsabiqəsi təqdim edilib

28/10/2019

“Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi ilə bağlı 28 oktyabr tarixində Bakı Dövlət Universitetində təqdimat görüşü keçirilib.

“Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə  tərəfindən keçirilən təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat verilib.

Xatırladaq ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qaydada həyata keçirilir.

Müsabiqə barədə riib.az saytından, “150” çağrı mərkəzi və “Sosial layihələr” müsabiqəsinin rəsmi facebook və instagram səhifələri vasitəsi ilə ətraflı məlumat əldə etmək olar.

Facebook: https://www.facebook.com/sosiallayiheler/

Instagram: https://www.instagram.com/sosiallayiheler/

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026