BDU-da “Sosial media və nəşriyyatlar” mövzusunda elmi seminar

14/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Sosial media və nəşriyyatlar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu ilə bağlı məruzə edib.

Məruzədə qlobal informasiya mühitinin öz şərtlərini diktə etdiyi şəraitdə nəşriyyatların sosial media ilə əlaqələri təhlil olunub. Nəşriyyatların imicinin müəyyənləşdirilməsində, çap məhsullarının təbliğində, oxucu-müəllif, oxucu-nəşriyyat münasibətlərinin formalaşmasında sosial media fenomeninin yeri və rolu izah edilib. Qeyd olunub ki, çağdaş dövrümüzdə sosial media sürətlə inkişaf edərək çoxsaylı sənaye sahələrinə, o cümlədən kitab sənayesinə əhəmiyyətli təsir imkanları əldə edib. Çap məhsularının və müəlliflərin tanıdılması məqsədilə nəşriyyatlar davamlı olaraq bu platformadan istifadə edirlər.  Bu üsul nəşriyyatlara bir çox ənənəvi marketinq vasitələrinin gətirə bilmədiyi uğuru qazandırır. Ona görə də müasir dövrdə uğurlu nəşriyyat dedikdə ənənəvi iş üsulları ilə yanaşı, sosial media ilə işini düzgün qura bilən nəşriyyat nəzərdə tutulur.

Məruzədə bu sahədə dünya praktikasından nümunələr göstərilib, “YouTube”, “Instagram”, “Facebook” və s. kimi sosial media platformalarının imkanlarından davamlı şəkildə bəhrələnmənin nəşriyyatların inkişafında oynadığı rol vurğulanıb. Bildirilib ki, bu kimi platformalara çıxış nəşriyyatların nüfuz dairəsini və oxucu auditoriyasını davamlı olaraq artırır.
Məruzədə həmçinin ölkə nəşriyyatlarının bu istiqamətdəki fəaliyyəti tədqiqata cəlb edilib, müxtəlif nəşriyyatların fəaliyyətini əks etdirən nümunələr nümayiş etdirilib, sahənin inkişafı ilə bağlı innovativ təkliflər irəli sürülüb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026